Frankfurt-Vyetnam reysi ilə uçan təyyarə Bakı hava limanında təcili eniş edib

Frankfurt-Vyetnam reysi ilə uçan təyyarə Bakı hava limanında təcili eniş edib<span class="qirmizi"></span>

Frankfurt-Vyetnam reysini həyata keçirən hava gəmisi "Boeing B787" təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Bu barədə "Report"a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

"Vietnam Airlines" aviaşirkətinin Frankfurt-Vyetnam reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb sərnişinin səhhətinin qəfil pisləşməsi olub.

"Boeing B787" təyyarəsi yerli vaxtı ilə saat 21:11-də Bakı hava limanına uğurla eniş edib.

Təyyarə eniş etdikdən sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.

Mənbə: report.az