Sahibkarlıq sahəsində vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə cərimələr artırlır

Sahibkarlıq sahəsində vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə cərimələr artırlır<span class="qirmizi"></span>

Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə cərimələr artırlır.

"Report"un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik təklif olunur.

Dəyişikliklə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə ediləcək.

Məcəllənin hazırkı bəndi isə belədir:

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir".

Mənbə: report.az