Mehman Axundov: "Bu il ərzində 650 min ədəd nərə kimi balıqların körpələri Xəzər dənizinə buraxılıb"

Mehman Axundov: "Bu il ərzində 650 min ədəd nərə kimi balıqların körpələri Xəzər dənizinə buraxılıb"<span class="qirmizi"></span>

"Bu il ərzində 650 min ədəd nərə kimi balıqların körpələrini və 45 min ədəd qızıl balıq körpələrini Xəzər dənizinə buraxmışıq".

"Report"un Qərb bürosunun məlumatına görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hər il olduuğu kimi bu il də müxtəlif su hövzələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müxtəlif növ balıq körpələri buraxılır:

"Bu gün biz Şəmkir su anbarında və Yenikənd su anbarında çəki, ağamur və ağ qalın balıq növlərinin buraxılış tədbirində iştirak edirik. Ümumiyyətlə il ərzində çəki, kütüm balıq körpələrindən 2,5 milyon ədədini, 3,6 milyon digər çəki və ağamur balıq növlərini suya buraxmışıq. Beləliklə, biz belə tədbirləri hər il keçirməklə bu buraxılış həcmini 7 milyon körpə balığa çatdırmışıq".

M.Axundov vurğulayıb ki, belə tədbirlər ölkənin müxtəlif rayonlarında, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda da həyata keçiririlir:

"Ötən ildən başlayaraq biz Bəsitçay, Həkəriçayı və Suqovuşanda müxtəlif növ balıq körpələrini suya buraxmışıq".

Mənbə: report.az