Moldovanın Baş naziri Bakıya gələcək

Moldovanın Baş naziri Bakıya gələcək<span class="qirmizi"></span>

Oktyabrın 10-11-də Moldovanın Baş naziri Natalya Qavrilitsa Azərbaycana rəsmi səfər edəcək. Natalya Qavrilitsa Azərbaycanda bir sıra rəsmi görüşlərdə iştirak edəcək, həmçinin iki ölkənin iş adamlarının iştirakı ilə keçiriləcək Sahibkarlar Forumuna qatılacaq. Görüşlərdə əsas müzakirə mövzuları investisiya, enerji sahəsində əməkdaşlığın gücləndirilməsi, Azərbaycandan təbii qazın idxalı imkanları olacaq.

Qeyd edək ki, hazırda Moldova ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 50-yə yaxın müqavilə mövcuddur.


 

Mənbə: azvision.az