Rövşən Rüstəmov: "Radiotezliklərdən icazəsiz istifadə minimallaşdırılacaq"

Azərbaycanda “Təmiz radioefir” konsepsiyasının reallaşdırılması üçün artıq işlərə başlanılıb, bu, radioezliklərdən icazəsiz istifadənin minimallaşdırılmasına səbəb olacaq.

“Report” xəbər verir ki, bunu bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov radiotezliklərdən istifadə məsələləri ilə bağlı keçirilən görüşdə deyib.

R.Rüstəmov bildirib ki, “Təmiz radioefir” konsepsiyası irəli sürülüb: "Konsepsiyada radiotezlik idarəçiliyində avtomatlaşdırmanın tətbiqi ilə tezliklərdən icazəsiz istifadənin minimallaşdırılması, tezliklərdən istifadədə əlçatanlığın və efir təhlükəsizliyinin təmin edilməsi və proseslərin sadələşdirilməsi nəzərdə tutulur. Konsepsiyanın reallaşdırılması üçün artıq real işlərə başlanılıb”.

Nazir müavini qeyd edib ki, Radiotezliklər üzrə Dövlət Komissiyasının 4 illik fasilədən sonra 2022-ci ildən yeni tərkibdə və formatda fəaliyyətə başlaması ilə tezlik ayrılmasında xüsusi canlanma yaranıb. Sahəni tənzimləyən ciddi normativ tənzimləyici sənədlər qəbul edilib və Dövlət Komissiyasının fəaliyyət göstərmədiyi dövr də daxil olmaqla, 400-dək müraciətə baxılaraq qərar qəbul edilib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Borrell Ukraynaya üçün xahiş edəcək

SONRAKI XƏBƏR

Azərbaycan Ordusunun hərbçisi vəfat edib - RƏSMİ