Beynəlxalq Valyuta Fondu Ukraynaya 1,3 milyard dollar ayırıb

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Ukraynaya fövqəladə maliyyələşdirmə üçün 1,3 milyard dollar ayırmaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski tviterdə yazıb.

“BVF-nin İcraiyyə Şurası indicə Ukraynaya Sürətli Maliyyələşdirmə Proqramı çərçivəsində təxminən 1,3 milyard dolların verilməsini dəstəkləyib. Pul bu gün Ukraynaya göndəriləcək”, - dövlət başçısı tviterdə qeyd edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bir gecədə böyüyən uşaqlar - VİDEO

SONRAKI XƏBƏR

Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu