DSMF publik hüquqi şəxs kimi ilk dəfə maliyyə hesabatını açıqlayıb

DSMF publik hüquqi şəxs kimi ilk dəfə maliyyə hesabatını açıqlayıb<span class="qirmizi"></span>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu (DSMF) publik hüquqi şəxsə çevrildiyi 2020-ci ilin (ilk) maliyyə hesabatını açıqlayıb.

"Report" xəbər verir ki, Fond ili 37,806 milyon manat mənfəətlə başa vurub.

2021-ci il yanvarın 1-nə DSMF-nin aktivləri 2 milyard 719,66 milyon manat olub ki, bu da illik müqayisədə 65,8% çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 50 % artaraq 32,237 milyon manata, balans kapitalı isə 66 % artaraq 2 milyard 687,423 milyon manata çatıb.

Xatırladaq ki, DSMF məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə ölkə qanunları, Prezidentin və Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 5 milyon manatdır.

Mənbə: report.az