Deputat çörəyin qiymətindən DANIŞDI

Deputat çörəyin qiymətindən DANIŞDI<span class="qirmizi"></span>

"2022-ci ildə yarım kiloqramlıq çörəyin qiyməti 50 qəpikdən 65 qəpiyə çatdırıldı. Müqayisə üçün deyək ki, çörək ən çox Macarsıtanda 65 faiz, ən az Norveçdə 8 faiz bahalaşıb".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib. Deputat bildirib ki, əslində qiymətlər həm də su, elektirk enerjisi və yanacağın tariflərinin artırıldığı üçün yüksəlib:

"FAO təşkilatı dünyada qiymət artımının 2023-cü ildə də davam edəcəyini bildirir. Dünyada ən çox çörək istehlak edən xaqlar sırasındayıq. Hər nəfər üçün çörək və çörək məhsulları istehlakının illik norması 119 kiloqramdır. Türkiyə üçün bu rəqəm 104, Bolqarıstanda 95 və Yunanıstanda 89 kiloqramdır. Nə qədər ki, ölkəmizdə müasir aqrotexnologiyalar tam olaraq tətbiq olunmayıb, qənaətli yanacaq texnologiyaları və məhsuldarlıq 50 sentnerə çatdırılmayıb, xaricdən asılılıq davam edəcək".

Mənbə: www.unikal.org