Deputatlar məktəb problemindən danışıb

Deputatlar məktəb problemindən danışıb<span class="qirmizi"></span>

Parlamentdə yeni məktəblərin tikintisi məsələsi hökumət qarşısında qaldırılıb.

“Ölkə.Az” xəbər verir ki, 2023-cü il büdcəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa çıxışında ölkədə ciddi məktəb çatışmazlığını dilə gətirdi. O bildirdi ki, məktəb çatışmazlığı nəticəsində bir məktəbdə normadan bir neçə dəfə artıq şagird oxumalı olur.

“Bu da nəticə etibarı ilə təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Əgər biz keyfiyyətli təhsilin tədrisini istəyiriksə, o zaman yeni məktəblər tikilməlidir”, - o qeyd edib.

Deputat Rauf Əliyev də Xəzər rayonu ərazisindəki qəsəbələrdə məktəb çatışmazlığından narahatlığını dilə gətirdi. O da yeni məktəblərin tikintisini hökumət qarşısında qaldırdı.

Deputat Jalə Əliyeva, Etibar Əliyev də məktəb problemini qaldıraraq hökumətdən bu məsələnin həllini xahiş etdi.
 

Mənbə: olke.az