AQTA: "Azərbaycana idxal olunan toxumun keyfiyyətinə nəzarət gücləndirilib"

Azərbaycanda məhsuldarlığın aşağı düşməsinin qarşısını almaq üçün ölkəyə idxal olunan bitkiçilik məhsullarının, əkin-səpin materiallarının, toxumların keyfiyyətinə nəzarət gücləndirilib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

"Ərzaq təhlükəsizliyinin təmin olunmasında toxumçuluq sahəsinin əhəmiyyətli payı var. Odur ki, Azərbaycana idxal olunan toxumların yeni nəsil virus və bakteriyaları yoxlandıqdan sonra yalnız sağlam və təhlükəsizlik göstəriciləri standartlara uyğun olan toxumların ölkəyə gətirilməsinə icazə verilir", - deyə o, qeyd edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bələdiyyə sədri iş yerində öldürüldü

SONRAKI XƏBƏR

Pensiyalar artır: Məhsullar yenə bahalaşacaq? - AÇIQLAMA