Nazir: "Məktəb direktorlarının 58%-nin əməkhaqqında artım var"

Nazir: "Məktəb direktorlarının 58%-nin əməkhaqqında artım var"<span class="qirmizi"></span>

"Məktəb direktorlarının 58%-nin əməkhaqqında artım görünür. 2500-dək şagird sayı olan məktəblərin rəhbərlərinin aylıq maaşı 2500 manat təşkil edir".

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, gələcək illərdə sertifikasiya prosesi direktorların işə qəbulu ilə əlaqələndiriləcək.

Mənbə: report.az