Fransada bələdiyyə böhranı: Son iki ildə 960 bələdiyyə sədri istefa verib

Fransada bələdiyyə böhranı: Son iki ildə 960 bələdiyyə sədri istefa verib<span class="qirmizi"></span>

 

Paris, 24 noyabr, AZƏRTAC

Fransada bələdiyyə sədrlərinin-merlərin ənənəvi illik konqresi keçirilib. Konqresdə məlum olub ki, merlərin 55 faizi 2026-cı il seçkilərində namizədliklərini irəli sürməyəcək.

AZƏRTAC xəbər verir ki, bu, Fransa İctimai Rəyin Öyrənilməsi İnstitutunun (İFOP) apardığı sorğunun nəticələrinə əsasən məlum olub.

Bunun səbəbi enerji qiymətlərinin artması və əhalinin daha çox qənaət etməyə məcbur olması ilə əlaqələndirilir. Bildirilir ki, bu, son 20 ildə rekord rəqəmdir. Merlərin 72 faizini təşkil edən və yaşı 70-dən yuxarı olan merlər, eləcə də kənd merlərinin 56 faizi büdcənin 62 faizinin enerjiyə sərf olunduğunu bildiriblər. Bələdiyyə sədrlərinin 90 faizi enerji qiymətlərinin artması ilə bağlı çox narahat olduqlarını deyiblər. Bələdiyyə sədrlərinin 55 faizi qiymət artımının öhdəsindən gəlmək üçün qonşu bələdiyyə ilə birləşmək planını səsləndirib. Respondentlərin 63 faizi isə enerji qiymətlərinin artması ilə mübarizədə bələdiyyələrə yardım göstərilməsi istiqamətində hökumətin fəaliyyətindən narazlıqlarını ifadə ediblər.

Qeyd edilib ki, son iki ildə 960 bələdiyyə sədri istefa verib.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Mənbə: azertag.az