Ukrayna taxılı Polşa vasitəsilə də ixrac olunacaq

Polşa Ukrayna taxılının ixracı üçün Ukrayna ilə sərhəd infrastrukturunu genişləndirmək niyyətindədir və artıq bu məqsədlə xeyli miqdarda vəsait ayırır.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu gün Kiyevdə keçirilən "Ukraynadan taxıl" sammitində Polşanın
Baş naziri Mateuş Moravetski bildirib.

Onun sözlərinə görə, Rusiyanın Qara dənizdə Ukrayna taxıl və ərzaq məhsullarının ixracını blokadaya alması səbəbindən Polşa Ukrayna ilə sərhəddə yeni keçid məntəqələrinin tikintisinə hazırlaşır:

"Bu, Polşa vasitəsilə Baltik dənizindəki limanlarımıza tranzit ixracını təmin etmək üçün Ukraynanın bərpasını dəstəkləmək və bugünkü çağırışların aradan qaldırılmasına dəstək vermək üçün lazımdır".

Report.az

ƏVVƏLKİ XƏBƏR

"Səhərə yaxın artıq dedim ki, getməliyəm" - Yaşar Nurinin qızı

SONRAKI XƏBƏR

“Şakiranın şəxsi toxunulmazlıq hüququ pozulub”