Rusiyada ən böyük neft emalı zavodlarından birində yanğın baş verib - VİDEO

Rusiyada ən böyük neft emalı zavodlarından birində yanğın baş verib - VİDEO<span class="qirmizi"></span>

 

Rusiya Federasiyasının İrkutsk vilayətində Anqarsk neft-kimya şirkətinin ərazisində irimiqyaslı yanğın baş verib.

Orada Rusiyanın ən böyük neft emalı zavodlarından biri orada yerləşir.

200 kvadratmetrdən çox ərazini əhatə edən yanğın sənaye sahəsinin istilik dəyişdiricisinin texnoloji qurğusuna keçib.

Yanğın dörd saatdan sonra söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. İnsidentin səbəblərini xüsusi komissiya müəyyən edəcək.

Qeyd edək ki, Anqarsk Neft-Kimya Şirkəti “Rosneft”in strukturuna daxildir və ən böyük neft emalı zavodlarından biridir. Bu şirkətin neft emalı gücü ildə 10,2 milyon tondur.

 

Mənbə: rbc.ua

Mənbə: www.oxu.az