Türkiyə qaz idxalından asılılığını 30% azalda bilər

Türkiyə qaz idxalından asılılığını 30% azalda bilər<span class="qirmizi"></span>

“Türkiyənin Qara dənizin dibində yeni yataqların işlənməsi niyyəti ölkənin idxal qazından asılılığının 30% azalmasına səbəb ola bilər”.

“Report” xəbər verir ki, bunu Türkiyənin təbii sərvətlər və energetika naziri Fatih Dönməz bildirib.

“Qara dəniz qazı istifadəyə veriləndə və tam hasilatına başlayanda ümumi istehlakçıların 25-30%-i öz qazımızdan istifadə edəcək. Təbii qazdan xarici asılılığımız 70%-ə qədər azalacaq” - deyə, o bildirib.

Nazir əlavə edib ki, Qara dənizin dibində yeni yataqlar aşkar olunarsa, Türkiyənin yanacaq idxalından asılılığı da azala bilər.

Mənbə: report.az