Avstriyada dəmiryol işçiləri tətil edir

Avstriyanın milli "Avstriya Dəmir Yolları" şirkətinin əməkdaşları ölkə üzrə birgünlük tətil elan edib.

"Unikal"ın məlumatına görə, tətil bu gün gecəyarısınadək davam edəcək.

Tətillə əlaqədar bütün ölkədə qatarların hərəkəti dayanıb. Eyni zamanda, qonşu ölkələrlə dəmiryol əlaqəsi kəsilib.

Aksiyada əməkhaqlarının artırılması tələbi ilə şirkətin 50 minə yaxın əməkdaşı iştirak edir.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Maşın qaz xəttinə ÇIRPILDI: Ölən var

SONRAKI XƏBƏR

6 yaşlı Zəhranın anası yardım gözləyir: “Qızımın beldən aşağısı tam deformasiya olub” - FOTO