ABŞ-dan Venesuela ilə bağlı yeni qərar: Sanksiya yumşaldıldı

 

ABŞ dünyanın ən böyük neft ehtiyatlarına malik ölkəsi olan Venesuelaya qarşı sanksiyaları yumşaldıb. Bunun nəticəsində neft 3 faiz ucuzlaşaraq 81,31 dollar olub.

Teleqraf.com xəbər verir ki, neftin qiymətində sürətlə ucuzlaşma müşahidə olunur. ABŞ Venesuela neftinə embarqonu yumşaldır və neft dəyərini itirməyə başlayır.

Rusiyanın Ukraynaya hücumundan sonra Rusiya neftinə tələbin azalması və neftə ehtiyacın artması ilə qiymətlər yüksəlməyə başlayıb. Amma Venesuela neftinin azad bazarda dövriyyəyə başlaması qiymətləri aşağı salıb.

ABŞ-ın Chevron şirkəti Venesuelada fəaliyyətə başlamasına imkan yaradılıb. 6 aylıq icazəsi olan Chevron neft hasil edəcək.

Karakasa sanksiya tətbiq edən ABŞ Venesuela neftinin beynəlxalq bazara çıxışını əngəlləyib və onun aktivlərini dondurub.

Venesuela ehtiyatlarının bazara daxil olması ilə neft qiymətləri təxminən 3 faiz ucuzlaşıb. Brent markalı neft 3% ucuzlaşaraq 81,22 dollara satılır. Gün ərzində ən aşağı səviyyə 81,11 dollar, ən yüksək səviyyə isə 83,13 dollar olub.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

FHN-dən kəskin hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

SONRAKI XƏBƏR

Məşhur şəxs "Toppuş bacı"nın müalicəsi üçün 10 min dollar göndərib