Mənzil alarkən necə diqqətli olmalıyıq? - ARAŞDIRMA

Mənzil alarkən necə diqqətli olmalıyıq? - ARAŞDIRMA<span class="qirmizi"></span>

İnsanlar mənzil alarkən əsas etibarilə rahat və büdcələrinə uyğun ev axtarırlar və bəzi hallarda mühüm əhəmiyyət daşıyan məsələlərə o qədər də önəm vermirlər. Nəticədə isə ev sahibi gözlənilməz problemlərlə qarşılaşır. Vətəndaşlar ev alarkən, əsasən, hansı məqamlara diqqət yetirməlidirlər?

SİA mövzu ilə bağlı araşdırma edib.

Tikinti şirkətləri müştərilər üçün maraqlı təkliflər edirlər ki, onların biri də mənzilin ipoteka ilə alınmasıdır. Lakin bir çox hallarda bu təkliflər müştəri istəkləri ilə üst-üstə düşmür. Odur ki, ipoteka şərtlərini düzgün analiz etmək tövsiyə olunur. Bunun üçün bəzi məqamlara diqqət yetirmək zəruridir. Mənzil həm ipoteka, həm də ki, nağd alış zamanı icbari sığortalanmalıdır. Yaşayış binasında insan həyatı üçün ən rahat və sağlam şərait olmalıdır. Bunun üçün tikili yerinin iqlim xüsusiyyətləri də diqqətlə nəzərə alınmalıdır. Lakin fərq etməz, hansı yanaşma olursa-olsun, müəyyən detallar mövcuddur. Bunlara uyğun sahə üzrə hər bir mütəxəssis diqqət yetirməlidir. Fırıldaqçıların tələsinə düşməmək üçün bir sıra qaydalara mütləq riayət edilməlidir. Təkrar mənzil bazarında ev alarkən ilk olaraq mənzilin mülkiyyət hüququnu təsdiq edən sənədlə tanış olunmalıdır. Həmin mənzildə qeydiyyatda olan şəxslər, mənzil sahibi ilə mənzili satan şəxsin (və ya danışıqları aparan şəxsin) münasibətləri haqqında mənzil alan tərəf mütləq məlumatlanmalıdır. Əks halda, fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması çətinləşər. Hər gün qəzetlərdə, məlumat bürolarında, internet səhifələrində "təcili satılır" sözünə rast gələ bilərsiniz. Mənzilin niyə təcili və ucuz qiymətə satıldığını araşdırmaq lazımdır.

Hazırda alqı-satqı ofisləri və kiçik ofislərdə çalışan "qara makler"lər kifayət qədərdir. Bakı şəhərində hədsiz sayda belə ofislərin olması bazarda risklərin artımına imkan yaradır.

Mənzil alarkən əsas diqqət yetirməli olduğumuz məqamlardan biri də binanın təhlükəsizlik qaydalarına əməl olunub-olunmamasıdır. Mənzil satılarkən hansı təhlükəsizlik qaydalarına əməl olunmur?

Daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov: "Azərbaycanda yeni və köhnə tikili mənzillərdə bir çox hallarda tikinti təhlükəsizlik qaydaların pozulmaları qeydə alınır. Mənzil sahibləri MTK və yaxud JEK adlandırdığımız Mənzil istismar sahələrini günahlandırdığı halda, onlar bu təhlükəsizliklərin daha çox sakinlər tərəfindən pozulmasını qeyd edirlər. Amma qaydaları hansı tərəfdən pozulmasından asıllı olmayaraq bunun təhlükəli məqam olduğunun fərqindəyik. Çox vaxtlar mülkiyyətçilər yeni mənzil və yaxud ticarət obyekti alan kimin onların təmiri üçün xususi diqqət ayırır. Bu zaman lahiyədə nəzərdə tutulmuş daşıyıcı kalonlara və divarlara zədə yetirirlər. Təmir zamanı sahibkarlar daşıyıcı kalonları və divarları yerindən söküb binanın təsdiq edilmiş layihəsini dəyişilir. Bu kimi prosesləri həyata keçirərkən yüzlərlə insanın həyatı təhlükə altında qalır. Kalon ve divarlar getdikcə həmin yükü daşıya bilmir və binada çatlara və əyilmələrə gətirib çıxarır. Bakı şəhərində tikilməkdə olan binaların çoxunda bu təhlükəsizliklər çox zaman 2-ci planda qalır. Belə ki çox zaman hissə hissə tikilən bloklarda insanların təhlükəsizliyi yüksək səviyyədə qorunmur. Jeklər bina və yaşayış sahələrində tüstü və havalandırma bacalarının təmizlənməsinə və onların hansı səviyyədə olmasına nəzarət edən bir qurumdur. Elə binalar var ki, sistemlər sökülüb və yaxud uçub dağılıb, ancaq illərdir yoxlanılmır. Həmin bacalara qoşulmuş qazla işləyən qızdırıcıların və sobaların buraxdığı zəhərli qazlar yaşayış evlərinə daxil olur ki, bu da zəhərlənmələrə gətirir. Azərbaycan respublikasında yaşayan və işləyən hər kəs kimliyindən asıllı olmayaraq bu qanunlara əməl etməlidir".

Havar Səfiyeva

Mənbə: sia.az