Bakı, 28 noyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Rusiya Federasiyasının Tatarıstan Respublikasının Ticarət-Sənaye Palatası İttifaqının sədr müavini Marat Axmatov ilə görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Tatarıstanın KOB subyektləri arasında əməkdaşlıq platformasının yaradılması barədə müzakirələr aparılıb.
Mənbə: azertag.az