“Financial Times”dan qiyməti artımı ilə bağlı PROQNOZ: Bu tarixdən zəifləyəcək

“Financial Times”dan qiyməti artımı ilə bağlı PROQNOZ: Bu tarixdən zəifləyəcək<span class="qirmizi"></span>

Dünyada inflyasiya təzyiqləri pik həddə çatıb və yaxın aylarda qiymət artımının tempi zəifləyəcək.

Avropa.info xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Qəzetin qeyd etdiyi kimi, son “rekord” istehsalçı qiymətlərindən sonra əmtəə qiymətləri və yük tarifləri, eləcə də inflyasiya gözləntiləri düşməyə başlayıb. Qəzetə müsahibə verən iqtisadçılar, gələn statistikalar tədarük zəncirlərindəki problemlərin yüngülləşdiyini göstərir. Bu amil inflyasiyanın zəifləməsi ehtimalını artırır ki, bu da qiymət artımını cilovlamaq üçün siyasətlərini kəskin şəkildə sərtləşdirən dünya mərkəzi bankları üçün müsbət siqnal olacaq.
"Moody's" oktyabrda qlobal inflyasiyanın rekord həddə - 12,1% təşkil etdiyini təxmin edir. Ekspertlər hesab edirlər ki, bu, istehlak qiymətlərinin artımının pik nöqtəsi olacaq, deyə agentliyin baş iqtisadçısı Mark Zandi bildirib.
"Capital Economics" öz növbəsində qeyd edir ki, bir sıra inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Braziliya, Tailand və Çilidə inflyasiya həddi artıq öz pik həddini keçib və zəifləməyə başlayıb.
İnkişaf etmiş ölkələrdə də inflyasiya təzyiqlərinin azalması müşahidə olunur. Xüsusilə, Almaniyada istehsalçı qiymətləri oktyabr ayında əvvəlki ayla müqayisədə 4,2% ucuzlaşıb. ABŞ və Böyük Britaniyada istehsalçı qiymətlərinin ildən-ilə artımı bu ilin yayından etibarən yavaşlayır.
Oktyabr ayı üçün məlumatları dərc edən demək olar ki, bütün G20 ölkələri istehsalçı qiymətlərinin illik ifadədə artım sürətində yavaşlama qeydə alıb. Mütəxəssislər tələbin azalması səbəbindən əmtəə qiymətlərinin aşağı düşməsi fonunda gələn il qlobal inflyasiyanın yavaşlamağa başlayacağını gözləyirlər.

Mənbə: avropa.info