Hesablama Palatası ARDNF-in gələnilki büdcəsinin layihəsinə rəy verib

Hesablama Palatası ARDNF-in gələnilki büdcəsinin layihəsinə rəy verib<span class="qirmizi"></span>

Hesablama Palatası Dövlət Neft Fondunun (ARDNF) 2023-cü il büdcəsini layihəsinə rəy verib.

Bu barədə "Report"a Palatadan bildirilib.

Məlumata görə, bu gün qurumda növbəti kollegiya iclası keçirilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən iclasda Milli Məclis sədrinin müavini, deputat Adil Əliyev də iştirak edib və rəy geniş müzakirə edilərək təsdiq olunub və ARDNF-in Müşahidə Şurasında baxılması üçün Fonda göndərilib.

Mənbə: report.az