Aqrar sektorda fəaliyyət göstərən sahibkarlara ayrılan güzəştli kreditlərin həcmi açıqlanıb

Aqrar sektorda fəaliyyət göstərən sahibkarlara ayrılan güzəştli kreditlərin həcmi açıqlanıb.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Belə ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərənlərə 56,2 milyon manat məbləğində güzəştli kredit verilib.

Məlumata görə, bu həcmdə güzəştli kredit 3 563 fiziki və hüquqi şəxsə verilib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan Ermənistanın sülh müqaviləsi üzrə təkliflərinə CAVAB VERDİ

SONRAKI XƏBƏR

"DSMF-də müdir olmaq üçün 20 min manat verdim" - MƏHKƏMƏ