Türkiyə Qırğızıstana avtomobil sənayesi məhsullarının ixracını artırıb

Türkiyə 2022-ci ilin yanvar-oktyabr aylarında Qırğızıstana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz azaldaraq 14,9 milyon dollara çatdırıb.

TED.az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Qırğızıstana avtombil sənayesi məhsulları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 28,7 faiz azaldaraq 22,7 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 24,96 milyard dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 2,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 1,8 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2021- oktyabr 2022) Türkiyə 30,5 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.

Ted.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya sülhməramlıları Qarabağda lazımdırmı? - TƏHLİL

SONRAKI XƏBƏR

İran Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdənsə, öz siyasi xəttini korrektə etməlidir