Ölkədə benzin istehsalında artım

Azərbaycanda avtomobil benzininin istehsalı 0,7 faiz artıb.

Bu barədə Axar.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3294,1 milyon manat olmaqla, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 6,0 faiz azalıb.

Yanacaq mazutunun istehsalı 2,2 dəfə, neft bitumu istehsalı 2,2 faiz, dizel yanacağının istehsalı 18,9 faiz, neft koksunun istehsalı 24,7 faiz, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 29,2 faiz, sürtkü yağlarının istehsalı isə 33,1 faiz azalıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya mediası Qarabağdan nə istəyir? - VİDEO

SONRAKI XƏBƏR

Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb