Avropa İttifaqı Rusiya neftinə yeni qiymət qoydu, çətin ki, bu qərar Rusiyanın xoşuna gəlsin...

Avropa İttifaqı Rusiya neftinə yeni qiymət qoydu, çətin ki, bu qərar Rusiyanın xoşuna gəlsin...

"Rusiya öz mənafelərinə zidd olacağı təqdirdə xaricə heç nə tədarük etməyəcək..."

"Qəbul edilən qərar bir barreli 30 dollarla məhdudlaşdırmağa təkid edən Polşa hökuməti tərəfindən bəyənməlidir..."

Avropa İttifaqı ölkələrinin nümayəndələri Rusiya neftinin qiymətini bir barrelinə 60 dollar səviyyəsində məhdudlaşdırmağı razılaşdırıb.

Həmçinin resursun dəyərinin bazar dəyərindən 5 faiz aşağı korrektə edilməsi mexanizmi nəzərdə tutulub.

Bu barədə yüksək vəzifəli Avropa diplomatına istinadən "Röyter" agentliyi məlumat verib.

Onun sözlərinə görə, bu planı bir barrelinə görə 30 dollara məhdudlaşdırmağa təkid edən Polşa bəyənməlidir.

Polşa nümayəndələri öz mövqeyini cümə gününün ortasınadək səsləndirməlidir. Əgər Polşa 60 dollar səviyyəsində müəyyən edilməsinə razılıq versə, sabah "qərarın yazılı surətdə qəbulu proseduru" baş tutacaq.

Əvvəlcə Rusiya neftinə bir barrelinə görə 65-70 dollarla məhdudiyyət qoyulması və korrektə mexanizmi olmadan müəyyən edilməsi güman edilib.

Lakin "Urals" markalı neft aşağı qiymətə satılır, Polşa, Litva və Estoniya bu səviyyəni Moskvanın gəlirlərinin və onun Ukraynada müharibəni maliyyələşdirmək qabiliyyətinin aşağı salınması kimi əsas məqsədinə uyğun gəlməməsi kimi rədd edib.

Rusiya prezidenti Vladimir Putin Qərbin Rusiyanın enerjidaşıyıcılarına qiymətlərin məhdudlaşdırılması ideyasını şərh edərkən, dəfələrlə bəyan edib ki, Rusiya öz mənafelərinə zidd olacağı tədqirdə xaricə heç nə tədarük etməyəcək.

Bundan öncə məlumat verilib ki, Çin Rusiyadan "qara qızılın" idxalına limit qiymətin müəyyən edilməsi ərəfəsində Rusiya neftinin alışını dayandırıb.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

"Bunun səbəbləri Nikolun Əliyevlə şifahi razılaşmalarında gizlənir..."

SONRAKI XƏBƏR

Useyn Bolt Argentinanı dəstəkləyir