Bakı Limanı ilə bağlı layihənin açılış mərasimi keçirilib

Bakı Limanı ilə bağlı layihənin açılış mərasimi keçirilib<span class="qirmizi"></span>

“Bakı Limanının Yaşıl Liman Konsepsiyasının həyata keçirilməsinə və əməliyyat imkanlarının gücləndirilməsinə dəstək” layihəsinin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimin “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadovun iştirakı ilə baş tutub.

O, deyib ki, Bakı Limanı Avropa və Asiya arasında mühüm nəqliyyat infrastrukturu nöqtəsidir: Biz kontinentləri bir araya gətirməklə, fərqli ölkələrin Avropa-Asiya bağlantısını təşkil edirik. Bu digər qovşaqları təkrar etməyəcəyik. Biz 21-ci əsrin məhsulunu yaradacağıq, liman yaşıl, dayanıqlı və rəqəmsaldır. Bizim belə arzumuz var ki, dəhliz boyu nöqtələr eyni olmalıdır”, - deyə o qeyd edib.

Mənbə: report.az