“Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı”nda tanınmış ekspertə vəzifə verilib

“Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı”nda tanınmış ekspertə vəzifə verilib<span class="qirmizi"></span>

“Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-də yeni təyinat olub.

“Report”un əldə etdiyi məlumata görə, Rahid Ələkbərli səhmdar cəmiyyətinin informasiya texnologiyaları departamentinin direktoru vəzifəsinə gətirilib.

Qurumdan "Report"un sorğusuna cavab olaraq faktı təsdiq ediblər.

R.Ələkbərli bu təyinata qədər "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edib.

Mənbə: report.az