Peter Mixalko: "Orta Dəhlizlə yük axınında artım növbəti illərdə də olacaq"

Peter Mixalko: "Orta Dəhlizlə yük axınında artım növbəti illərdə də olacaq"<span class="qirmizi"></span>

Orta Dəhlizlə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yük axınında əhəmiyyətli artım müşahidə edilir və bu tendensiya növbəti illərdə də davam edəcək.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko "Bakı limanının əməliyyat imkanlarının təkmilləşdirilməsinə və “Yaşıl Liman” konsepsiyasının həyata keçirilməsinə dəstək" layihəsinin açılış mərasimində bildirib.

"Azərbaycanın tərəfdaşı olan Aİ böyük bir bazardır. Burada 450 milyon istehlakçı yaşayır. Azərbaycan Orta Dəhlizin inkişafında mühüm rol oynayır, bu bağlantıdan yararlanaraq tranzit potensialını gücləndirə, bu istiqamətdə xidmətlərini inkişaf etdirə bilər. Ümumiyyətlə, qeyri-neft sektorunun inkişafı Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə səbəb olacaq. Aİ və Azərbaycan dünyada mövcud olan yüksək standartlar əsasında birlikdə çalışır. Bu, bizim əsas hədəfimizdir, məqsədimizdır. Aİ olaraq biz "yaşıl əlaqə"ni dəstəkləyirik və bu gün başladığımız layihə bunu sübut edir", - deyə o qeyd edib.

Mənbə: report.az