ADY-nin mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsindən gedib

ADY-nin  mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsindən gedib<span class="qirmizi"></span>

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova vəzifəsindən gedib.

Metbuat.az xəbər verir ki, bu barədə o, öz feysbuk hesabında məlumat verib. Natavan Bayramova qeyd edib ki, öz istəyi ilə işindən ayrılıb.

"Bundan sonra bu vəzifədə olan həmkarıma da uğurlar arzulayıram", - deyə o qeyd edib.

Qeyd edək ki, Natavan Bayramova 2019-cu ildən "Azərbaycan Dəmir Yolları" QSC-də mətbuat katibliyinin şöbə rəisi olub.

 

 

Mənbə: metbuat.az