Türkiyə Rusiyada 95,6 milyard dollarlıq tikinti layihələri reallaşdırıb

Türkiyənin tikinti kompaniyaları əlli il ərzində Rusiyada 95,6 milyard dollarlıq layihələr reallaşdırıb ki, bu da ölkənin xaricdə həyata keçirdiyi bütün podrat layihələrinin 20,6 faizinə bərabərdir.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, layihələrin həcminə görə ikinci yeri 10,8 faizlik payla (50 milyard dollar) Türkmənistan tutub. Onun ardınca 6,9 faizlə İraq gəlir. Bu ölkədə həyata keçirilən layihələrin həcmi 32,1 milyard dollar təşkil edib.

Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, 1972-ci ildən 2022-ci il noyabr ayının sonuna qədər ölkənin inşaat kompaniyaları 132 ölkədə 463,3 milyard dollar həcmində 11 min 405 layihə həyata keçirib. Cari ilin 11 ayı ərzində Türkiyənin tikinti şirkətləri xaricdə təxminən 10 milyard dollar həcmində layihələr reallaşdırıb. Ötən il bu göstərici 30,5 milyard dollar olub.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Ceyhun Bayramov Yaponiyanın xarici əlaqələr üzrə dövlət naziri ilə görüşüb

SONRAKI XƏBƏR

Lənkəranda naməlum kişi meyiti tapılıb