Rusiya Ukrayna ərazisindən neft və qaz tranziti müqabilində Zaporojye AES-dən getməyə hazırdır

Rusiya Ukrayna ərazisindən neft və qaz tranziti müqabilində Zaporojye AES-dən getməyə hazırdır<span class="qirmizi"></span>

Rusiya Ukrayna ərazisindən neft və qaz tranziti müqabilində Zaporojye AES-dən getməyə hazırdır

"Bu atom obyekti ya Kiyev hakimiyyətinə, ya da MAQATE-yə verilə bilər..."

"Bunun əvəzinə Moskva Ukrayna ərazisindən neft və qazın fasiləsiz tranziti üçün zəmanətlər almağa bel bağlayır..."

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) Rusiya və Ukrayna ilə Zaporojye Atom Elektrik Stansiyasında təhlükəsiz zonanın yaradılması haqqında razılığa gəlməyi planlaşdırır.

Moderator.az xəbər verir ki, bu barədə MAQATE rəhbəri Rafael Qrossi İtalyanın "La Republika" qəzetinə müsahibəsində məlumat verib.

"Mən imkan daxilində tez bir zamanda qərarın tapılmasını öhdəmə götürmüşəm. Ümid edirəm ki, ilin sonunadək buna nail olacağıq", - o, deyib.

Bu bəyanatla bağlı Kremlə müxalif olan "Meduza" saytı Rusiya qoşunlarının Zaporojye AES-dən mümkün getməsi barədə yazıb. Jurnalistlərin Rusiya hökumətinə yaxın mənbəyi məlumat verib ki, bu atom obyekti ya Kiyev hakimiyyətinə, ya da MAQATE-yə verilə bilər.

Bunun əvəzində Moskva Ukrayna ərazisindən neft və qazın fasiləsiz tranziti üçün zəmanətlər almağa bel bağlayır. "Rusiya büdcəsi üçün neft və qazı çıxarıb satmaq çox vacibdir", - mənbə deyib. Onun sözlərinə görə, ona görə də Kreml "sövdələşməyə hazırdır".

Moskvanın bütün neftinin üçdə biri Avropa İttifaqı ölkələrinə tədarük etdiyi "Drujba" neft kəmərinin cənub qolu Ukrayna ərazisindən keçir. Dekabrın 5-də Rusiya neftinə Avropa tərəfindən embarqo qoyulduqdan sonra "Drujba" "qara qızıl"ın Rusiyadan Avropaya nəqlinin başlıca üsulu olacaq.

Bu neft kəmərinin Ukrayna hissəsi "Ukrtransnaft"a məxsusdur. O, neftin nəqlini dayandırmaq imkanına malikdir. Hələlik bu, baş verməyib, "Ukrtransnaft" əvvəlkitək Rusiyadan "qara qızıl"ın Ukrayna ərazisindən tranzitinə görə ödəniş alır.

Müharibə həm də qaz tranzitini dayandırıb. "Qazprom" "mavi yanacağ"ın həcmini azaltsa da, onu Avropaya, o cümlədən Ukraynaya tədarük etməkdə davam edir. Bu zaman qazın rusiyalı uxracatçısı bu tranzit üçün Ukraynanın "Naftoqaz"ının hesablarını ödəməkdə davam edir.

Rusiya hakimiyyəti əvvəllər qoşunların Zaporojye AES-dən çıxarılması imkanını rədd edib. Oktyabrın 5-də prezident Putin stansiyanın Rusiyanın mükiyyətinə keçməsi və "Zaporojye AES" federal unitar müəssisəsinin yaradılması barədə fərman imzalayıb.

Mənbə: moderator.az