“Nəhayət, Rusiya neftinin tavan qiymətinə dair qərar qəbul etdik...” - Medvedevdən ironik reaksiya

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz Telegram kanalında Stenli Kubrikin “The Shining” filmində donan personajın yer aldığı kadrı yerləşdirərək Qərbin neft qiymətlərinə tavan tətbiq etmək qərarına sosial şəbəkələrdə reaksiya verib.

“Nəhayət, biz Rusiya neftinin tavan qiymətinə dair qərar qəbul etdik...”, - o, şəkilin üzərində yazıb.

Xəbər verdiyimiz kimi, G7 ölkələri və Avstraliya Rusiya mənşəli neftin bir barelinin 60 dollardan alınması üçün tavan qiymət tətbiq etmək barədə razılığa gəliblər. Tədbir dekabrın 5-də "və ya bir müddət sonra" qüvvəyə minəcək. Eyni zamanda, birgə bəyanatda qeyd edilib ki, zərurət yarandıqda tavam qiymətə düzəlişlər edilə bilər. ABŞ Xəzinədarlığı da öz növbəsində Rusiya Federasiyasından neftin qiymətinin 60 dollar səviyyəsində məhdudlaşdırılmasını Rusiyanın dünya bazarlarına neft satmağa davam etməsi üçün kifayət hesab edib.

Marja.az

ƏVVƏLKİ XƏBƏR

"Bu hiyləgər üsulla o, Ukraynaya yardım etmək qərarına gəlib..."

SONRAKI XƏBƏR

Könüllülük Sərhəd Tanımır! - FOTO