Rusiyadan İtaliyaya qaz ixracı azalıb

İtaliya oktyabrda 31 milyon kubmetr həcmində Rusiya qazı idxal edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat üzrə aparıcı qəzet olan “Il Sole 24 Ore” məlumat yayıb.

Nəşr qeyd edir ki, oktyabrda mülayim hava şəraiti və elektrik enerjisindən daha qənaətlə istifadə olunması fonunda İtaliya bir il əvvəllə müqayisədə təxminən 1,35 milyard kubmetr elektrik enerjisi az istehlak edib.

Qeyd edək ki, 2021-ci ilin oktyabr ayında İtaliya Rusiyadan 2,29 milyard kubmetr qaz idxal edib.

Bundan əvvəl İtaliya Rusiyadan ildə 29 milyard kubmetrə yaxın qaz alırdı ki, bu da ölkənin mavi yanacağa ümumi tələbatının 40%-ni təşkil edirdi. Hökumət bu asılılığın artıq yarıya qədər azaldığını bəyan edib. İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratin noyabrda bildirib ki, İtaliyanın yeni sağ mərkəzçi hökuməti 2024-cü ilin ortalarına qədər Rusiya qazından tamamilə imtina etməklə bağlı siyasətini dəyişmək niyyətində deyil.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bir ailənin dörd üzvünü öldürən şəxsi hansı cəza gözləyir?

SONRAKI XƏBƏR

Gamış dağı və Sarıbaba dağlarını əhatə edən 93 kilometrlik ərazidə 40 min mina yerləşdirilmiş təhlükəli sahələr var