Bakının Fərid Ələkbərov küçəsinin bir hissəsi təmir edilir

Bakının Fərid Ələkbərov küçəsinin bir hissəsi təmir edilir<span class="qirmizi"></span>

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Fərid Ələkbərov küçəsinin Ələsgər Ələkbərov küçəsindən Mətbuat prospekti ilə kəsişməsinə qədər olan 565 metr uzunluğa malik hissəsini təmir edir.

“Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yeni asfalt-beton örtüyü döşənir, köhnə səki daşları yenisi ilə əvəz edilir. Küçə boyu yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və yeni baxış qapaqlarının, həmçinin yağış barmaqlıqlarının qoyulması da nəzərdə tutulub. Sonda küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunacaq.

Bu il rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6 kilometr təşkil edən 5 küçə təmir edilib.

Mənbə: report.az