2022-ci ilin yadda qalanları: Müharibə, etirazlar, Vil Smitt şilləsi

2022-ci ilin yadda qalanları:  Müharibə, etirazlar, Vil Smitt şilləsi<span class="qirmizi"></span>

2022-ci iln sona çatmasına sayılı günlər qalıb. Müharibə, iqtisadi böhranların yaşandığı bu ildə bir sıra mühüm və tarixi hadisələr baş verib. AzVision.az 2022-ci ilin yadda qalan hadisələrini təqdim edir:

Rusiya-Ukrayna müharibəsi
Bu ilə damğa vuran ən mühüm hadisələrdən biri Rusiyanın fevralın 24-də Ukrayna ərazisində başladığı "xüsusi əməliyyat" oldu. Bu günə qədər davam edən genişmiqyaslı müharibə kütləvi qaçqın böhranına və on minlərlə insanın ölümünə səbəb olub.



Bu dövrdə ABŞ, Avropa ölkələri müharibənin dayandırılması üçün Rusiyaya qarşı təzyiqi artırıb, sanksiyalar tətbiq ediblər. Eyni zamanda ölkə bir çox siyasi və iqtisadi arenalarda sıxışdırılıb. Rusiyaya beynəlxalq uçuşlar dayandırılıb, eləcə də dünyaca məşhur brendlər ölkəni tərk etməyə başlayıb.

Ərzaq qıtlığı, Taxıl sazişi
Müharibə itkilərlə yanaşı, dünyada ərzaq qıtlığı da yaradıb. Buna səbəb isə Avropa və ABŞ-ın sanksiyalarına cavab olaraq Rusiyanın Qara dənizdən daşınan taxılın dəhlizini bağlaması idi. Uzun müddət davam edən ərzaq qıtlığı problemi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın diplomatik cəhd ilə həllini tapıb. Ukrayna, Türkiyə, Rusiya və BMT arasında imzalanan taxıl ixracına dair sazişlə Ukrayna anbarlarından qalan taxılın ixracına başlanılıb və bu günə qədər də bu proses davam edir.



Qızıl qiymətinə Avropa qazı
Bu ilin önəmli hadisələrindən biri də Avropada qazın qiymətinin 1000 dollardan yüksək olmasıdır. Avropanın əsas qaz təchizatçısı Rusiyanın “Qazprom” şirkətidir. "Şimal Axını 2"də baş verən qəza, eyni zamanda başqa səbəblərə görə Rusiya qazının verilməsində yaranan fasilələr Avropada anbarların tam dolmamasına səbəb olub. Bu isə qaza olan tələbatı və qiymətləri artırır.

Avropa ölkələri Rusiya qazından asılılığı azaltmaq üçün alternativ bazar axtarışlarına başlayıb. Bunlardan biri də Azərbaycan bazarıdır. Qeyd edək ki, TANAP-la Türkiyə-Yunanıstan sərhədinə çatdırılan qaz oradan TAP vasitəsilə digər ölkələrə daşınır. Kəmərlə ildə 10 milyard kubmetr qazın nəqli mümkündür. Lakin bunun iki dəfə artırılması imkanları da var.

Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaq.



Pelosinin Tayvan səfəri
Bu ilin yadda qalan hadisələrindən biri də ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri olub. Çin tərəfindən etirazla qarşılanan səfər ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilib. Pelosinin bu səfəri ABŞ Nümayəndələr Palatası sədri vəzifəsini tutan şəxsin Tayvan adasında son 25 ildə ilk səfəri olub.



İrandakı etirazlar
Sentyabrın 13-də İranın paytaxtı Tehranda “əxlaq polisi” tərəfindən hicabı qaydalara uyğun taxmadığı üçün saxlanılan 22 yaşl Məhsa Əminin ölümü hökumətə qarşı şiddətli etirazlarla nəticələndi. Etirazlar milli sərhədləri aşaraq dünya miqyasında qadın hüquqlarının müdafiəsinə çevrilib. Son məlumatlara əsasən, İran hüquq mühafizə orqanları etirazlarda iştirak edən 462 nəfəri qətlə yetirib. Bildirilib ki, ölənlərin 64-nün yaşı 18-dən az olan şəxslərdir.



İngiltərə kraliçasının ölümü
1953-cü ildən Britaniyanın kraliçası II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib. Kraliça taxtda 63 il 216 gününü tamamlayaraq "İngiltərənin ən uzun müddətdǝ taxtda qalan hökmdarı" adını alıb.



Vil Smitt şilləsi
ABŞ-ın Los Anceles şəhərində keçirilən “Oskar” mərasimi maraqlı anlarla yaddaşlara həkk olunub. “Ən yaxşı sənədli film” nominasiyası üzrə namizədləri açıqlayarkən çıxış zamanı komediya ustası Kris Rok Vil Smitin həyat yoldaşı Ceyd Pinkett-Smitin "heyranedici, çox qısa saçları" ilə bağlı zarafat edib. Bu isə aktyorun açığına səbəb olub və oturduğu yerdən qalxaraq səhnəyə yaxınlaşıb Rokun üzünə şillə vurub.



Hellouin bayramı faciəsi
Cənubi Koreyada Hellouin bayramı şənliklərində yaranan basabas nəticəsində 153 nəfərin həlak olub. Bu son illərin ən böyük izdiham fəlakətlərindən biridir.



Dünya Çempionatı
4 ildən bir keçirilən futbol üzrə dünya çepionatına bu il Qətər ev sahibliyi edir. Qətər çepionatı tarixdə bir sıra iloklərlə yadda qalıb. Bunlardan biri ölkə mundial üçün 300 milyard ABŞ dolları xərcləməsidir. Dünya çempionatının oyunları Qətərdə səkkiz stadionda keçirilir, onlardan 7-si sıfırdan tikilib, biri isə bərpa olunub. Qətər təkcə Dünya Kuboku üçün ən müasir stadionlar tikməyib, paytaxt Dohanı başdan ayağa yeniləməklə yanaşı, həm də yeni hava limanı, dəniz limanı, Dohanın şimalında yeni Lusail şəhəri, yeni metro xətləri, otellər kimi bir çox investisiyalara yatırımlar edib.



Aytən Zəhra
 

Mənbə: azvision.az