On bir ayda “Azəri-Çıraq-Günəşli” yatağı 9,1 milyard dollar gəlir gətirib

 

Bakı, 5 dekabr, AZƏRTAC

Cari ilin on bir ayında “Azəri-Çıraq-Günəşli” yatağından 9 milyard 161 milyon ABŞ dolları gəlir əldə edilib.

Dövlət Neft Fondundan AZƏRTAC-a bildirilib ki, on bir ayda “Şahdəniz” yatağından isə (qaz və kondensat) 1 milyard 357 milyon dollar gəlir əldə olunub.

O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 328 milyon 567 min ABŞ dolları təşkil edib.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

XİN rəhbəri: “Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasında Rusiya şirkətlərinin iştirakını alqışlayır”

SONRAKI XƏBƏR

Bakı Vardanyana qarşı hərəkətə keçir: Laçında yeni postlar qurulacaq? - VİDEO