Aİ məkanında icarə haqqı artmaqda davam edir

Aİ məkanında icarə haqqı artmaqda davam edir<span class="qirmizi"></span>

 

Budapeşt, 5 dekabr, AZƏRTAC

Aİ ölkələrində icarə haqqı artmaqda davam edir, lakin bu artım təkcə inflyasiya ilə bağlı deyil.

AZƏRTAC BBJ işgüzar həftəliyinə istinadla xəbər verir ki, kirayə mənzillərə tələbat da artıb.

Pandemiyadan sonrakı dövrdə Avropa ölkələrinin iqtisadiyyatının canlanması ilə bərabər, insanların mobillik dərəcəsi də artıb. Təkcə oktyabr ayı ərzində “Vışeqrad dördlüyü” ölkələrində mənzil kirayəsi haqqı illik hesablamada 22,1 faiz yüksəlib. Macarıstanın paytaxtında daşınmaz əmlak kirayəsi haqqı 23,2 faiz artıb. Əvvəlki ay ilə müqayisədə Macarıstanda mənzil kirayəsi haqqı ölkə üzrə 0,1 faiz, paytaxtda isə 0,5 faiz artıb. Hazırda Budapeştdə bir aylıq mənzil kirayəsi haqqı orta hesabla 488 avroya bərabərdir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Mənbə: azertag.az