KTM-in direktoru: "Həkimlərimizin əmək haqları 2019-cu illə müqayisədə 10 dəfəyə yaxın artıb"

Kliniki Tibbi Mərkəzdə (KTM) həkimlərin əmək haqqı 2019-cu illə müqayisədə 10 dəfəyə yaxın artıb.

"Report" xəbər verir ki, bunu KTM-in direktoru Könül Ələkbərov jurnalistlər üçün təşkil edilən mediaturda çıxışı zamanı deyib.

O bildirib ki, 2019-cu ildə tibb müəssisəsində həkimlərin əmək haqqı 375 manat olub: "Hazırda bu məbləğ 2 026 manatdır. Tibb bacılarının əmək haqqısı 2019-cu ildə 258 manat olduğu halda, hazırda həmin şəxslərin aylıq məvacibi 596 manat təşkil edir. Həmçinin, kiçik tibb heyəti işçilərinin aylıq əmək haqqısı 2019-cu ildə 209 manat olduğu halda hazırda bu rəqəm 488 manatdır".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan və Rusiya XİN rəhbərləri Qarabağdakı ekoloji vəziyyəti müzakirə ediblər

SONRAKI XƏBƏR

İran xalqı kosmetik dəyişiklik yox, köklü islahatlar tələb edir - ŞƏRH