Tütün məmulatları istehsalçılarının dövlət rüsumundan azad ediləcəyi hallar müəyyənləşir

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Qanuna əsasən, aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri dəyişir.

Qanuna əsasən, tütün məmulatlarının istehsalçıları və idxalçıları Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyinin informasiya sisteminə qoşulma barədə Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyinin göndərdiyi bildirişi aldıqları tarixdən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə bu Qanunun 20-3.2.1-ci maddəsində nəzərdə tutulan (aksizli mallara məcburi nişanlamanın verilməsinə görə -0,07) dövlət rüsumunu ödəməkdən azaddırlar.

Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi nəzərdə tutulan müddəti hər dəfə bir aydan çox olmamaq şərtilə 5 dəfə uzada bilər.

İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

 

Marja.az

ƏVVƏLKİ XƏBƏR

Fərid Qayıbov növbəti dəfə yarışlarda uğur qazanmış idmançılarla görüşüb

SONRAKI XƏBƏR

"Rusiya və şəxsən Putin Ukrayna barəsində öz planlarından əl çəkməyib..."