ABŞ: "Neftin qiymətinin yuxarı həddi Moskvanın gəlirlərini məhdudlaşdıracaq"

Rusiya neftinin qiymətinin yuxarı həddinin müəyyən edilməsi Moskvanın gəlirlərini məhdudlaşdırmağa kömək edəcək. AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi növbəti brifinqdə deyib.

Kirbi həmçinin qeyd edib ki, Vaşinqton Rusiya neftinə qarşı tədbirin dünya əmtəə qiymətlərinə uzunmüddətli təsir etməyəcəyinə əmindir.

"Biz bu addımın uzunmüddətli perspektivdə qlobal neft qiymətlərinə hər hansı bir təsir göstərəcəyinə inanmırıq". Kirbi əlavə edib ki, mexanizm lazım olduqda maksimum qiyməti tənzimləmək imkanını nəzərdə tutur.

Qeyd edək ki, G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) və Avstraliya dekabrın 5-dən dəniz yolu ilə tədarük edilən Rusiya neftinin bir barelinin maksimum qiymətinin 60 dollara qədər tolması barədə razılığa gəliblər.


 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Biz nə söyləyiriksə, onu da edirik - Çavuşoğlu

SONRAKI XƏBƏR

Mişa buna görə xəstəxanadadır - Nazir