Türkiyədə 7, Azərbaycanda 75 manata satılır - Dərmanla baş kəsənlərə müdaxilə ediləcəkmi? - FOTO

"Bu, süni şəkildə şişirdilən qiymətlərdir, ya yaranmış vəziyyətdən sui-istifadədir, ya da hansısa bir monopoliyadır”.

Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert, professor Adil Qeybulla Türkiyədə iki qutusu 150 lirəyə (15 manat 69 qəpik) satılan, Azərbaycan apteklərində isə bir qutusu 75 manat 66 qəpik olan "Qalvus met” dərmanının satış qiymətinə aydınlıq gətirərkən deyib. Ekspert hesab edir ki, Tarif Şurası və müəyyən aidiyyatı qurumlar yaranmış bu problemə müdaxilə etməlidir:

"Azərbaycan idxaldan asılıdır. Azərbaycanda dərmanların qiyməti Türkiyədəki qiymətlə eyni ola bilməz, 5-6 dəfə deyil, müəyyən bir fərq olmalıdır. Çünki bunun daşınma və gömrük xərci var. O baxımdan şikayətlər haqlıdır. Çünki vətəndaşların şikayətləri təkcə dərmanların qiymətindən deyil, həm də keyfiyyətinə bağlıdır. Hesab edirəm ki, vətəndaşlar bu şikayətində tam haqlıdırlar”.

 

Adil Qeybulla deyir ki, elə dərmanlar var, vətəndaşların onu almağa imkanları çatmır:

"Halbuki onun sağlamlığı həmin dərmanların qəbulundan keçir”.

Qeyd edək ki, jurnalist Mahir Məmmədli Bakıdakı apteklərdə bir qutusu 75 manat 66 qəpik olan "Qalvus Met" dərmanının iki qutusunun Türkiyədə 150 lirəyə (15 manat 69 qəpik) satıldığını bildirib: "Bakıda bir qutuya verəcəyimiz pulla təxminən 5 qutu dərman almaq mümkündür. Eyni dərmanın bir qutusunu Tiflisdən 11 manata almışdım”.

Bakipost.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya BMT-dən Ukrayna ilə bağlı XAHİŞ ETDİ

SONRAKI XƏBƏR

Xətaidə özbaşınalıq: parkın ortasında restoran tikən kimdir? - VİDEO