Kartof yığımında məhsuldarlıq artıb

Kartof yığımında məhsuldarlıq artıb<span class="qirmizi"></span>

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı təsərrüfatlarda 1 031,1 min ton kartof istehsal olunub.

“vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 23,8 min ton və ya 2,3 faiz artıb.

Hesabat dövründə 54,8 min hektar sahədə kartof əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 1,3% azdır.

Bununla yanaşı, cari ilin ilk 10 ayında kartof yığımında məhsuldarlıq 188 sentner təşkil edib. Bu isə 2021-ci ilin yanvar-oktyabr aylarının göstəricisindən 8 sentner və ya 4,4 faiz çoxdur.

Mənbə: vergiler.az