Bu ilin 11 ayında ölkəmizə gələnlərin sayı açıqlanıb

Bu ilin 11 ayında ölkəmizə gələnlərin sayı açıqlanıb<span class="qirmizi"></span>

Cari ilin noyabrında ölkəyə gələn şəxslərin sayı açıqlanıb.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, ötən ay Azərbaycana 135 min 370 nəfər səfər edib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 57 faiz çoxdur. Belə ki, ötən ilin noyabrında ölkəyə 86 min 61 nəfər gəlib.

Bu ilin yanvar-noyabr ayları ərzində ölkəyə 1 milyon 458 min 786 şəxs gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu, 111 faiz artım qeydə alınıb. Belə ki, 2021-ci ilin yanvar-noyabrında ölkəyə 692 min 314 nəfər səfər etmişdi.

Ən çox əcnəbi isə Rusiya (40 807), Türkiyə (26 742), İran (14 989), Gürcüstan (8625), Hindistan (7689), Pakistan (4215) və Səudiyyə Ərəbistanından (3233) gəlib.

Mənbə: azertag.az