Aİ Rusiyaya dronların tədarükünə ixrac məhdudiyyəti QOYACAQ

Aİ Rusiyaya dronların tədarükünə ixrac məhdudiyyəti QOYACAQ<span class="qirmizi"></span>

Avropa Komissiyası Rusiya Federasiyasına qarşı 200-ə yaxın şəxs və 3 bankın daxil olduğu doqquzuncu sanksiyalar paketini təqdim edib.

"Unikal" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyn bildirib.

O, daha 4 Rusiya telekanalının yayımını qadağan etməyi təklif edir.

Aİ Rusiyaya dronların tədarükünə ixrac məhdudiyyətləri tətbiq etmək niyyətindədir. - von der Leyen bildirib.

Avropa Komissiyası doqquzuncu sanksiyalar paketi çərçivəsində Ümumrusiya Regional İnkişaf Bankının bütün əməliyyatlarını bloklamağı təklif edir.

Mənbə: www.unikal.org