Türkiyəli və amerikalı nazir müavinləri Rusiya neftinə qiymət limitini müzakirə ediblər

Türkiyəli və amerikalı nazir müavinləri Rusiya neftinə qiymət limitini müzakirə ediblər<span class="qirmizi"></span>

“Rusiya nefti üçün yuxarı qiymət həddinin tətbiqi mexanizmi Türkiyə sularından keçən gəmilərin əlavə yoxlanılmasını tələb etmir”.

“Report” xəbər verir ki, bunu ABŞ maliyyə nazirinin müavini Adevale Adeyemo türkiyəli həmkarı Sedat Önal ilə telefon danışığında deyib.

ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, onlar dəniz yolu ilə daşınan Rusiya nefti üçün yuxarı qiymət həddinin tətbiqini müzakirə ediblər: “Bu, Rusiyanın əsas gəlir mənbəyini məhdudlaşdıracaq və eyni zamanda qlobal enerji bazarlarını sabitləşdirəcək”.

A.Adeyemo vurğulayıb ki, qiymət həddi yalnız Rusiya neftinə şamil edilir və bu, Türkiyə sularından keçən gəmilərə əlavə yoxlama tələb etmir.

Bundan başqa, tərəflər Ukraynadakı münaqişəni də müzakirə ediblər.

Mənbə: report.az