İran və Tacikistan neft sahəsini müzakirə etdilər

İran və Tacikistan neft sahəsini müzakirə etdilər<span class="qirmizi"></span>

İran və Tacikistan neft və qaz kondensatının ixracı, neft məhsullarının ixracı, neft-kimya, İranın Tacikistanda kəşfiyyat və hasilatı, mühəndislik xidmətlərinin ixracı və Tacikistanda neft emalı zavodlarının yenidən qurulması və modernləşdirilməsi ilə bağlı danışıqlar aparıb.

İranın neft naziri Cavad Oudci və Tacikistanın enerji və su ehtiyatları naziri Daler Cuma İran-Tacikistan birgə iqtisadi komissiyasının 15-ci iclası çərçivəsində görüş keçiriblər.

Görüş zamanı neft, qaz kondensatı və neft məhsulları, neft-kimya məhsullarının ixracı, İranın Tacikistanda kəşfiyyatı və hasilatı, mühəndis-texniki xidmətlərin ixracı, Tacikistanın neft emalı zavodlarının yenidən qurulması və modernləşdirilməsi sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub.

Mənbə: aqreqator.az