Azərbaycanda “Turist çağrı-məlumatlandırma mərkəzi” işə başlayır

Azərbaycanda “Turist çağrı-məlumatlandırma mərkəzi” işə başlayır<span class="qirmizi"></span>

Azərbaycanda 3 dildə xidmət göstərəcək “Turist çağrı-məlumatlandırma mərkəzi” (848) işə başlayır.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

O, bu barədə rəhbərlik etdiyi qurumun və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti”nda danışıb.

"Ümid edirəm ki, Azərbaycan, rus və ingilis dillərində xidmət göstərəcək “Turist çağrı-məlumatlandırma mərkəzi” turizm sənayesinin inkişafına müsbət təsir edəcək", - deyə sədr əlavə edib.

Mənbə: report.az