Dövlət Turizm Agentliyi: "Uçuşların qiymətləri gəlmə turizmə maneədir"

“Azərbaycana uçuşların qiymətləri gəlmə turizmə maneələrdən biri kimi qəbul edilir”.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Turizm siyasəti və Strategiya şöbəsinin müdiri Məhəmməd Nuriyev Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti”ndə bildirib.

O, bu barədə Avropanın müxtəlif şəhərlərindən qonşu Türkiyə və Gürcüstana aviabiletlərin Azərbaycanla müqayisədə 3-4 dəfə ucuz olmasına münasibət bildirərkən danışıb.

“Belə məsələlər dövlət siyasəti baxımından bir mövzu ətrafında müzakirə olunur. Sosial-İqtisadi İnkişaf Strategiyasındakı yanaşma bülədir ki, dövlət şirkətlərinin fəaliyyətinin optimallaşdırılması məsələsi var. Bir dövlət şirkətinə deyil, bir çox dövlət şirkətinə münasibətdə vahid yanaşma tətbiq edilir. Biz dövlət qurumları arasında əlaqələndirici qurum kimi fəaliyyət göstəririk və indiyə qədər bu məsələni hökumətin gündəliyinə qoymuşuq. Ümidvarıq ki, gələcək illərdə bu istiqamətdə turizm sektoru üçün əhəmiyyətli dəyişikliklər baş tutacaq”, - deyə turizm rəsmisi qeyd edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Təkcə 4 məktəbə deyil, bütün qəsəbəyə istilik verilmir - Rəsmi REAKSİYA

SONRAKI XƏBƏR

Bakıda sevgilisi ilə gəzməyə çıxan gənc onlara söz atan oğlanları döydü