Kənd və broyler yumurtasının inanılmaz fərqi - Qida mühəndisi elə faktlar gətirdi ki...

Kənd və broyler yumurtasının inanılmaz fərqi - Qida mühəndisi elə faktlar gətirdi ki...<span class="qirmizi"></span>

Toyuq yumurtası yeganə məhsuldur ki, orqanizm tərəfindən 97-98% mənimsənilir və bağırsaqlarda, demək olar ki, şlak yaratmır. Yumurta sarısı D vitamini mənbəyidir. Bu vitamin, xüsusilə açıq havada günəş altında az vaxt keçirənlər üçün vacibdir. D vitamini orqanizmdə kalsium mübadiləsini tənzimləyir, sümük toxumasını bərkidir, həmçinin yumurta sarısı dəmir-minerallar ilə zəngindir.

Yumurtanın faydası bəlli. Amma Azərbaycanda “kənd və broyler yumurtası” seçimi də mövcuddur. Hər kəs iddia edir ki, kənd yumurtası broyler yumurtasından qat-qat keyfiyyətlidir. Və son günlər kənd yumurtasının qiyməti də çıxıb kəllə-çarxa. İndi nəinki onu ala bilmir, hətta tapa da bilmirik. Maraqlıdır, doğrudanmı kənd yumurtası mağazalarda satılan yumurtalardan keyfiyyətinə görə çox fərqlənir? Yoxsa bu bir mifdir və kənd yumurtasının baha satılması üçün düşünülüb? Qeyd edək ki, hazırda bazarda kənd yumurtası 50 qəpik, mağazada satılan yumurta isə 17 qəpikdir.

Mövzu ilə bağlı qida mütəxəssisi Ağa Salamov Publika.az-a açıqlamasında bildirib ki, kənd yumurtası ilə broyler yumurtası arasında olduqca böyük fərq var. O vurğulayıb ki, kənd toyuğu həyətdə-bacada xlorofillərlə qidalanır:

“Xlorofil isə yeni cücərmiş otların tərkibində olur. Eyni zamanda, bu toyuqlar zülallarla da qidalanır. Yəni gəzirlər, zülallarla zəngin olan qurd, böcək tapıb yeyirlər.

Kənd toyuqları qəfəsdə saxlanmadıqları, daim hərəkətdə olduqları üçün stress altında deyillər. Toyuq stressdə olduqda, bu, birbaşa dölə təsir edir. Broyler toyuğunu təmiz havaya buraxmırlar, nə qaçır, nə də günəş işığı görür. Nəticə etibarı ilə əti də, yumurtası da keyfiyyətsiz olur.

Yuxarıda sadaladıqlarımı broyler toyuqları yemir. Onlar hormonlu qidalarla bəsləndiyinə görə, yumurtalarında vitamin çox azdır.

 

Kənd yumurtasında olan omega-3 broyler yumurtasında demək olar ki, yoxdur. Ən əsası, kənd yumurtasının sarısında melatonin çoxdur. Onu qəbul etdiyimiz zaman beynimizdə melatonin hormonu ifraz edilir. Sözügedən hormonunun əsas vəzifəsi bədənin bioloji saatını və ritmini tənzimləməkdir. Təəssüf ki, broyler yumurtasında bu qida dəyərləri çox aşağıdır”.

Aydan Beydullayeva

 

 

Mənbə: publika.az