Türkiyə Rusiyadan qazı endirimlə almaq istəyir

Türkiyə Rusiyadan qazı endirimlə almaq istəyir<span class="qirmizi"></span>

Türkiyə rəsmiləri cümə günü ( 9 dekabr – Red) Ankarada Rusiya nümayəndə heyəti ilə danışıqlarda bu ölkədən idxal olunan qaza 25%-dən çox endirimlə bağlı müzakirələr aparmağı planlaşdırır. AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin yüksək rütbəli rəsmilərinə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Ankara güzəştin 2023-cü il ödənişlərinə və 2022-ci ildə edilən bəzi ödənişlərə geriyə tətbiq edilməsini hədəfləyir. Belə ki, Türkiyə istədiyi endirimi əldə edə bilməsə, o zaman ödənişlərin 2024-cü ilə qədər təxirə salınmasına çalışacaq.

 

Mənbə: azvision.az